Azedu.az

Orta məktəbdə tikinti işləri yekunlaşır

Məktəblər

19 Oktyabr 2021, 13:49
Orta məktəbdə tikinti işləri yekunlaşır

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa tapşırığı və  Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında  inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin  tikinti işləri yekunlaşmaq üzrədir.

 

AzEdu.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan tikinti işləri ilə bir daha yerində tanış olub. Məktəbdə müasir invertarlarla təhciz ediləcək 38 ədəd dərs otaqları ilə yanaşı, 2 ədəd kimya, 2 ədəd biologiya labaratoriyaları, geniş idman, akt və  yeməkxana zalları, direktor və müəllim kabinetləri, müasir istilik təhcizatı sistemi, 50 tonluq su anbarı, hər bir mərtəbədə müəllim və şagirdlər üçün ayrıca iki kameralı sanitar qovşaqları inşa edilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox