“Media, internet üzərindən maarifləndirmə işləri aparılmalıdır. Çox təəssüf ki, Azərbaycan mediasında maarifləndirmə zəifdir. Buna görə də valideynlər haqlı olaraq da öz etirazlarını bildirirlər”.
Bu sözləri psixoloq Ramidə Oqtayqızı AzEdu.az-a açıqlamasında deyib. Onun sözlərinə görə,
“Uşaqları qorxutmaq, vaksini hər-hansısa xəstəliyin mənbəyi kimi bəyan etmək düzgün deyil. Şagirdləri doğru şəkildə məlumatlandırmalıyıq. Uşaqlara vaksinin insanlara virusdan qorunmaq məqsədi ilə vurulduğunu, bunun gələcəyimiz üçün faydalı olduğunu başa salmalıyıq”.
Psixoloq bildirib ki, yeniyetmələrə dəqiq məlumatları bilmədən “sən alergiyalısan, sənə olmaz, “vaksin vurulsa, səhhətində problem yaranacaq“ kimi ifadələrdən istifadə etmək onların psixologiyasını poza bilər.
Qeyd edək ki , Oktyabr ayının 5-dən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Vaksinasiyası prosesi mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Gülcahan Məmmədova