Uşaqların xəyal dünyası çox genişdir. Duyğularını, xəyallarını oyun oynayaraq , ya da rəsm çəkərək aşkara çıxararlar. Bu fəaliyyətlər, maraqlı vaxt kecirtməklə yanaşı onların inkişafına böyük təsir edir.
AzEdu.az rəsm çəkməyin faydaları sizlərə təqdim edir
Əl-göz koordinasiyası yaradır
Şəkil çəkmək uşaqlarda əlləri, barmaqları və biləkləri ilə çox özəl hərəkətlər edə bilmək bacarığını qazandırır. Bundan başqa gördükləri və çəkdikləri arasında bir əlaqə olduğunu göstərən əl-göz koordinasiyası yaranır ki, bu həyatın bir çox sahəsində onlar üçün vacibdir.
Ünsiyyət qabiliyyətini inkişaf etdirir
Uşaqlar üçün rəsm bir ünsiyyət vasitədir. Qorxularını, sevinclərini, xəyallarını, ümidlərini və kabuslarını rəsmlər vasitəsi ilə ifadə edirlər. Dünyaya və ətraf mühitə öz münasibətlərini bu üsulla bildirirlər.
Stressi azaldır
Övladınızın dəfələrlə eyni şəkli çəkdiyini yəqin ki, müşahidə etmisiniz. Məssələn : müəllimini və məktəbini sevməyən uşaq, adətən, məktəblə bağlı səkillər çəkir. Psixolaqların fikrincə , eyni vəziyyəti təkrar-təkrar aktuallaşdırmaq uşaqlarda stressi azaladır.
Səbrli və diqqətli olmağı öyrədir
Şəkil çəkmək eyni zamanda uşaqlara diqqəti toplamağı və səbr etməyi öyrədən hobbidir. Bir uşaq rəsm çəkərkən əşyanı müşahidə edir. Onların çəkisini , boyunu incələməyə məcbur olur. Gördüklərini kağızda çəkmək uşaqları daha səbrli edir.
Qeyd etmək lazımdır ki, uşaqlarda rəsm dövrü üç mərhələyə bölünür.
Qaralama dövrü – (2-4 yaş) Bu mərhələdə rəsmlər heç bir reallıq əks etmir, onlar əsasən xətt və işarələrdən ibarət olurlar.
Pre-sxematik – (4-7 yaş) Uşaqlar bu zaman gözləri ilə gördüklərini ən sadə fiqurları çəkməyə çalışırlar.
Sxematik – (7-12 yaş) Övladınız bu yaşlarda rəsmi izah etmək üçün sözlər və işarələrdən istifadə edir. İnsan rəsmlərini daha detallı çəkirlər .
Son olaraq bildirək ki , Heç vaxt uşağı çəkdiyi rəsmə görə danlamayın, bu onun rəsmə olan marağını həmişəlik itirə bilər. Bilmək lazımdır ki, onlar şəkilləri bizim xoşumuza gəlsin deyə deyil , sadəcə olaraq öz rəsmləri ilə dünyanı dərk etmək üçün çəkirlər.
Gülcahan Məmmədova