Azedu.az

Məktəblər hansı halda yenidən bağlana bilər? - AÇIQLAMA  

Məktəblər

Elm və Təhsil Nazirliyi

12 Sentyabr 2021, 22:45
Məktəblər hansı halda yenidən bağlana bilər? - AÇIQLAMA  

Ənənəvi tədrisin davamlı olması üçün vaksin vurdurmalıyıq.

 

AzEdu.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

 

Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşılayır.

 

“Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq, ənənəvi dərslər o qədər davamlı olar”, - deyə nazir məktəblərin hansı hallarda bağlanması məsələsinə münasibət bildirib.

 

O, həmçinin vurğulayıb ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır.  Bundan əlavə, nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub.

 
Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox