Gürcüstan məktəblərində birinci siniflərin ilk dərs günü sentyabrın 15-də deyil, oktyabrın 4-də əyani formatda başlayacaq.
AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar yalnız tədrisin başlayacağı dövrdə yoluxma nisbətinin 4 faizdən aşağı olacaq şəhər və kəndlərə şamil ediləcək.
“Bu qərar, birinci sinif şagirdlərinin ilk məktəb təcrübəsinin sinif yoldaşlarının və müəllimlərin əhatəsində sinif mühitində aparılması lazım olan pedaqoji rəyə əsaslanır”, - deyə nazirlikdən bildirilib.
Azərtac