“Hələdə gündəlik yoluxma sayı çoxdur. Hər gün 3000-dən artıq insan koronavirusa yoluxur. Əvvəlki təcrübələrimizdən bilirik ki, günlük yoluxmanın 2-4 %-i məktəblərə aiddir. 8%-i isə şagirdlər olur”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev “Yeni tədris ilinə dair” brifinqdə deyib:
“Bu səbəbdən ənənəvi dərslər 1-2 həftə gecikməylə başlayır. Məktəbləri başlayan kimi distant tədrisə keçirmək o qədər də məntiqli görünmür. İnanırıq ki, növbəti günlərdə daha az adam yoluxacaq”.