Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində 2018-2019-cu tədris ili üçün ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərməkdədir.
AzEdu.az xəbər verir ki, məktəbin 2019-2021-ci tədris illərində fəaliyyət göstərmiş Humanitar - Riyaziyyat İqtisadiyyat təmayüllü sinfin 17 şagirdi buraxılış və qəbul imtahanlarında 100% nəticə göstəriblər.
Sinifdə 9 qız, 8 oğlan şagird təhsil alıb. Məzunlardan ikisinin biliyi fərqlənmə attestatı ilə qiymətləndirilmiş,ikisi 600-dən, ikisi 500-dən, dördü isə 400-dən, beşi 300-dən yuxarı nəticə göstərib. Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti,Bakı Dövlət Universiteti,Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,Azərbaycan Dövlət Pedaqoji Universiteti,Azərbaycan Dillər Universiteti,Lənkəran Dövlət Universiteti kimi respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar.
Sinif rəhbəri və sinfin Tarix müəlliməsi Məlikzadə Gülnar Elçin qızı qeyd edir ki, "məzunlarımızın bu uğuru qazanmasında əsas vasitə məktəb rəhbərliyi,müəllim və valideyn əməkdaşlığının düzgün qurulması,hər zaman abiturientlərə sağlam psixoloji dəstək verməsidir".
Bu uğur münasibətilə Astara Rayon Təhsil Şöbəsi rəhbərliyini , Astara şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə xanımı,məktəb kollektivini , məzunların müəllimləri və valideynlərini təbrik edirik.
Qeyd edək ki, sinif rəhbəri Məlikzadə Gülnar Azərbaycan Müəllimlər Universitetini fərqlənmə diplomu ilə bitirmiş , müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı 57 bal toplamışdır.