“Bəzən namizədlərin müxtəlif qeydləri olur, “komissiya üzvləri məni təhqir edib” deyirlər. Bu, çox təəssüf hissi doğurur”
AzEdu.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli MİQ üzrə müsabiqənin sonlarına dair keçirilən canlı yayımda deyib.
Direktor namizədlərlə bağlı müsahibə mərhələsində yaranan problemlərdən danışıb:
“Müsahibə zamanı qeydə alınan videolentlər bizim komissiyalar üzərindəki yoxlama mexanizmlərimizi həyata keçirməyimiz üçündür. Biz belə hallarda təkrar-təkrar yoxlanış aparırıq, ancaq belə bir şeyin olmadığını görürük. Bunu qəbul etmək lazımdır ki, komissiya üzvləri də təhsilverənlərdir, ümumi təhsil müəssisələrinin direktorları və psixoloqlarıdır. Siz onların gələcək həmkarları olacaqsınız. Buna görə də sizi hansısa formada təhqir etməkləri yolverilməzdir, belə bir şey mümkün deyil”.