15 sentyabra kimi ən az bir, ehtiyac olacağı təqdirdə isə iki müddətli işəqəbul turunun keçirilməsini nəzərdə tuturuq”.
AzEdu.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli MİQ üzrə müsabiqənin sonlarına dair keçirilən canlı yayımda deyib.
Direktor müddətli işə qəbulla bağlı təqdim edilən yeni vakant yerlərindən danışıb:
“Məlumat üçün bildirirəm ki, ötən həftə təşkil olunmuş müddətli işə qəbul prosesinin ilkin turunda biz müəllimlərin işə qəbulu müsabiqəsinin əsas turunda tutulmayan vakant yerlərlə yanaşı 500-ə yaxın yeni vakant yeri sistemə daxil edərək bu yerləri namizədlərə təqdim etmişdik. Birinci turdan sonra 707 namizəd uğur qazanmışdı”.
Son olaraq o,-“ Bu gündən etibarən müddətli işə qəbulun ikinci turuna start veririk. Bu turda isə namizədlərin ixtiyarına müxtəlif fənlər üzrə yeni vakant yer təqdim edirik”- deyə bildirib.