“Builki vakansiya seçiminə 8 minə yaxın vakant yer çıxarılmışdı. Bu vakant yerlər üçün 30 və daha çox bal toplayan namizədlər arasında seçim aparıldı”.
AzEdu.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli MİQ üzrə müsabiqənin sonlarına dair keçirilən canlı yayımda deyib.
Direktor namizədlərin vakant yerlərə yerləşdirilməsindən danışıb:
“Bu namizədlərdən 4 min 793 nəfər vakansiyalara yerləşdirilib. 4 min 505 namizəd isə yerləşdiikləri vakant yerlər üzrə təşkil olunmuş müsahibədə iştirak etdilər. Bu olduqca yüksək rəqəmdir. Yalnız 200-dən çox namizəd müsahibələrə gəlməkdən imtina etdi. Müsahibə mərhələsindən öncə bir namizədlərin sənədlərini təkrar yoxlayırıq. Bu sənədlərin yoxlanılması zamanı namizədlərin 4 min 24 nəfərinə müsahibələrdə iştirak imkanı yaradıldı”.