“Bütün pillələr üzrə tədrisin hansı tarixdə və formada təşkil ediləcəyi ilə bağlı qəbul ediləcək qərarlar haqqında çox yaxın günlərdə ətraflı məlumat veriləcək”
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib.
O bildirib ki, yeni tədrsi ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək.