İxtisas seçimi zamanı attestat balları abituriyentlərə necə kömək olacaq?
DİM sədri Məleykə Abbaszadə canlı yayımda bu sualı cavablandırdı. AzEdu.az həmin cavabı təqdim edir:
“Müsabiqə zamanı attestat göstəriciləri test imtahanlarında 2 abituriyent eyni balı topladıqda onları fərqləndirmək məqamında lazım olur. Adi qruplarda bu praktika daha çox tətbiq olunur. V ixtisas qrupunda isə vəziyyət bir qədər fərqlidir. Bu qrupda müsabiqədə iştirak edən abituriyentlər qabiliyyət imtahanı verirlər, əgər onların balları eyni olarsa 2 abituriyentin göstəricisi attestata əsasən fərqləndirilir”.