Azedu.az

“22 mindən artıq təhsil işçisi hər iki doza üzrə peyvənd olunub”-BŞTİ müdiri

24 Avqust 2021, 12:29
“22 mindən artıq təhsil işçisi hər iki doza üzrə peyvənd olunub”-BŞTİ müdiri

 

“35 mindən  artıq  təhsil  işçisindən  22 min  686  nəfər  peyvəndin hər iki dozasını  qəbul  edib”.

 

AzEdu.az  xəbər  verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müdiri  Mehriban Vəliyeva  Təhsil işçilərinin  vaksinasiya ilə bağlı canlı yayımda deyib.

 

Mühriban Vəliyeva  məsafədən  təhsilin  yaratdığı problemləri  və  əyani tədrisin bərpası üçün  vaksinasiyanın əhəmiyyətini vurğulayıb:

 

“Bu statistik məlumatlar  tərəfimizdən dəqiqliklə yoxlanılıb. Düşünürük ki, əyani tədrisin  bərpası  üçün  bu istiqamətdə lazımı  addımlar  atmalıyıq. Ən  azı  80-90 %  vaksinasiyadan keçməlidir ki, biz əyani tədrisi bərpa edə bilək.Məsafədən təhsilin  müəyyən üstünlükləri  olsa da, müəyyən müddət sonra biz  şagirdlərin sağlamlığında, psixoloji  durumunda  ciddi problemlərin  olduğunu gördüş. Bu problemlərin aradan qalxması, əyani tədrisin bərpası üçün hamımız  #təhsilüçünvaksinasiya  kompaniyasına qoşulmalıyıq”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox