Azedu.az

Avqustun 9-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  

7 Avqust 2021, 13:00
Avqustun 9-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  

Avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Paşinyan 3 prezidentə zəng edir, sərhədə ordu yığır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox