Azedu.az

"Uğursuzluqlarım olduğu üçün balım aşağı düşsə də..." - 700 bal toplayan olimpiada qalibindən AzEdu.az-a ETİRAF

Məktəblər

Universitetlər

Bakalavr və sınaq imtahanları

20 İyul 2018, 18:38

“Bakı Ali Neft Məktəbini seçəcəm”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  700 bal toplayan Xəyal Fərzəliyev deyib. O, bu nəticəni gözlədiyini qeyd edib:

“Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunuyam. Birinci imtahanda 667 bal toplamışdım, lakin müəyyən uğurusuzluqlar olmuşdu. Ona görə, balım aşağı idi. İkincidə isə özümü psixoloji olaraq daha yaxşı hazırladığım üçün uğurlu olacağıma-700 bal toplayacağıma inanırdım. Riyaziyyatdakı qalmaqallı sualla bağlı da heç bir problem yox idi. Elə əvvəldən hesablayanda 700 bal topladığımı bilirdim. Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunmaq istəyirəm”.

Qeyd edək ki, Xəyal Fərzəliyev Vüqar oğlu 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox