Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü, İsaqov Elşad Etibar oğlunu maşın vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.(apa)