Azedu.az

Məktəbli idmançılarımız Avropa çempionatında yüksək nəticə göstəriblər  

Məktəblər

2 İyul 2021, 11:15
Məktəbli idmançılarımız Avropa çempionatında yüksək nəticə göstəriblər  

Almaniyanın Dortmund şəhərində gənclərin sərbəst güləş üzrə keçirilən Avropa çempionatında milli yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Turan Bayramov və Abşeron rayon uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Abşeron rayon uşaq-gənclər idman-şahmat məktəbinin digər yetirməsi Aydın Əhmədov isə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox