İxtisas qrupları üzrə qəbul imtahanına 1 ay qalıb. Cari ilin buraxılış imtahanında aşağı nəticə göstərən məzunları I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edə biləcəklərmi?
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, bəli, buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq, abituriyentlər qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilirlər.