Azedu.az

Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar  

Məktəblər

27 İyun 2021, 17:00
Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar  

Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Azərbaycan məktəbliləri uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

Qeyd edək ki, şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox