Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vəzifəsi üzrə elan edilən müsabiqə davam edir.
AzEdu.az xəbər verir ki, sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:
· Ali təhsil;
· Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
· Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
· Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
· Yüksək səviyyədə Azərbaycan dili biliyi;
· “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı;
· Təşkilatçılıq bacarığı;
· Komandada işləmə bacarığı;
· Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
· Minimum yaş həddi - 30 yaş.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.
Qeyd edək ki, vakansiya ilə bağlı daha ətraflı məlumatla müvafiq linkə (//bit.ly/35D3m4e) daxil olaraq tanış ola bilərsiniz.