2020-2021-ci tədris ilində Bakının Səbail, Xətai, Nərimanov, Nəsimi, Yasamal və Nizami rayonlarında risk qrupuna daxil olan şagirdlərin müəyyən olunması ilə bağlı sorğu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd risk qrupuna daxil olan şagirdləri vaxtında müəyyənləşdirmək, onlarla profilaktik işlər görmək və daha ciddi problemlərin başvermə ehtimalını azaltmaqdan ibarətdir.