Azedu.az

17 yaşlı qız məzun gecəsində bıçaqlandı  

21 İyun 2021, 09:24
17 yaşlı qız məzun gecəsində bıçaqlandı  

Sabirabadda məzun olan qız bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

 

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox