Bununla bağlı vaksinasiya pandemiyanın bitməsi və ənənəvi təhsilin bərpası üçün bizim yeganə yolumuz və əsas silahımızdır.
AzEdu.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində qeyd edib.
Nazir, bu vaksinasiyanın hər iki mərhələsindən keçən təhsil işçilərinin sayını açıqlayıb:
“Bu günə olan son rəqəmə əsasən, ümumi təhsil müəssisələri üzrə 122 min 348 təhsil işçisi peyvəndin iki mərhələsi üzrə vaksinasiyadan keçib.Bu rəqəmə təhsil müəssisələrində fəaliyyət göstərən texniki işçi heyəti də daxildir. Bir qisim insan artıq yoluxduğu üçün onlarda virusa qarşı immunitet formalaşıb, digər bir qisim müvafiq xəstəliklər səbəbi ilə vaksinasiyadan keçə bilmir”.
Nazir, peyvənddən imtina edən müəllimlərdən də danışıb:
“Çox az sayda müəllim vaksinasiyadan imtina edir, ancaq düşünürəm ki,növbəti müddətdə onları vaksinasiyanın vacibliyinə inandıra biləcəyik. Çünki bu həm də onların şəxsi sağlamlığı üçün əhəmiyyətlidir”.