Azedu.az

Emin Əmrullayev: “Yay məktəbi tədris ilinin uzadılması deyil

Məktəblər

Elm və Təhsil Nazirliyi

10 İyun 2021, 19:51
Emin Əmrullayev: “Yay məktəbi tədris ilinin uzadılması deyil

“Öyrənmək istəyən şagird üçün fəsilə və vaxta anlayışı yoxdur”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində açdığı canlı yayım zamanı deyib.

 

“Çalışırıq ki, uşaqları evdən çıxarıb məktəbdə bir arada maraqlı məzmunla təmin edək. İki həftəlik olsa da, 10 günlük dərs müddətidir. Sual olunur ki, on gün ərzində nə öyrəniləcək?. Bəzən müəllimlər də şikayət edir. Nazirlik olaraq məzmunu daha zəngin etməyə çalışırıq. İyulun 8-dən başlayaraq “Yay məktəbi” üçün müraciət başlayıb. İki gün ərzində 177 mindən çox müraciət daxil olub. Növbəti günlərdə sayın artacağına ümid edirəm”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox