Dövlət İmtahan Mərkəzi əldə edilmiş razılığa əsasən bu il Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirəcək.
Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanlar Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksinin inzibati binasında təşkil olunacaq.
İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılır. İmtahan müxtəlif günlərdə 2 mərhələdə keçiriləcək. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilir.
İlk imtahanın keçirilməsi iyun ayında nəzərdə tutulub və dəqiq tarix barədə məlumat veriləcək.