Azedu.az

“Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində intellektual yarışın qalibləri müəyyən olunub  

3 May 2021, 15:12
“Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində intellektual yarışın qalibləri müəyyən olunub  

“Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarış keçirilib. Yarış Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyilə təşkil olunub.

 

Təhsil Nazirliyindən AzEdu.az- a bildirilib ki, IX-XI siniflər arasında keçirilən yarışda respublika üzrə 292 komanda iştirak edib. İştirakçılar Nizami Gəncəvinin həyat və yaradıcılığını əhatə edən 24 sualı cavablandırıblar. Nəticələrə əsasən, I yerə Şirvan şəhər 1 nömrəli məktəbin “Moonlight” komandası, II yerə Bakı şəhər “Zəkalar” liseyinin eyniadlı komandası, III yerə isə Bakı Avropa liseyinin “Avropa” komandası layiq görülüb. Qalib sırasında ilk onluqda Şəki, Gəncə və Sumqayıt komandaları yer alır.

 

Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər.

 

Qeyd edək ki, Təhsil Nazirliyi və “Ağıllı şəhər-Bakı” layihəsi arasında bir ildən çoxdur davam edən əməkdaşlıq çərçivəsində məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik oyunlar təşkil edilir. Bu müddət ərzində VI-IX siniflər arasında respublika çempionatı və respublika kuboku da keçirilib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox