Azedu.az

“Hər kitab bir xəzinədir” adlı sosial layihə yekunlaşdı  

30 Aprel 2021, 16:42
“Hər kitab bir xəzinədir” adlı sosial layihə yekunlaşdı  

“Hər kitab bir xəzinədir” adlı  sosial layihə başa çatıb.

 

AzEdu.az-ın məlumatına görə. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş layihə çərçivəsində məktəbli, valideyn və pedaqoji işçilər iştirak edib. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşıblar.

 

Qeyd edək ki, 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.

 

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox