Türkiyədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar olaraq bütün ölkə ərazisində sərt karantin elan edilib.
Bununla əlaqədar olaraq, təhsil müəssisələrinin də fəaliyyətini ditant şəkildə davam etdirilməsinə qərara verilib. Bağçalar və tam orta təhsil məktəbləri də daxil olmaqla təhsil müəssisələrində əyani dərslər birdaha yerini distant dərslərə verdi.
AzEdu.az xəbər verir ki, bundan öncə Ali Təhsil Heyəti tədrisin hansı şəkildə davam etdirilməsi ilə bağlı qərarı universitetlərin öhdəsinə buraxmışdı.
Ancaq tibb və mühəndislik kimi ixtisaslar üzrə dəsrlər əyani keçirilirdi. Ancaq verilən son qərara əsasən, ali təhsil müəssisələrini də distant təhsilə keçməsinə qərara verildi və bununla bağlı Ali Təhsil Heyəti tərəfindən universitetlərə tapşırıq göndərildi.
Göndərilən tapşırığa əsasən, universitetlərdə imtahanların təxirə salınması, ya da onlayn keçirilməsi bildirilib:
"Prezident Administrasiyasının 26 Aprel 2021-ci il tarixində keçirilən iclas zamanı yoluxmanın qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində qəbul edilən qərarlar əsasında 29 Aprel 2021-ci il saat 17:00-dan 17 May 2021-ci səhər saat 05:00-a kimi bütün ali təhsil müəssisələrində əyani təhsildən distant təhsilə keçilməsinə, əyani şəkildə keçirilməsi planlaşdırılan imtahanların təxriə salınması və ya onlayn şəkildə keçirilməsinin təmin edilməsinə qərar verilmişdir. Bu müddət ərzində xüsusi ilə laboratoriya əsaslı və praktika tələb edən ixtisaslar üzrə tədris planının ali təhsil müəssislərimizin imkanları daxilində lazım gəldikdə həftə sonları da dəyərləndirilərək konpensasiya edilməsi üçün lazımı tədbirlər həyata keçirilməsi xahiş edilir"- deyə müraciət məktubunda bildirilib.