Azedu.az

Birinci sinfə onlayn qeydiyyat bu tarixdə BAŞLAYIR

Məktəblər

Elm və Təhsil Nazirliyi

26 Aprel 2021, 14:31
Birinci sinfə onlayn qeydiyyat bu tarixdə BAŞLAYIR

“Sabah saat 11:00-dan ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinfə onlayn qeydiyyat başlayacaq. 29 apreldən Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək”. 

 

AzEdu.az xəbər verir ki, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

 

Onun sözlərinə görə, bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir: “Sistem baxımından tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə təhsil idarələrində də müvafiq işlər görülüb, eyni zamanda alternativ qeydiyyat mərkəzləri də hazır vəziyyətə gətirilib”. 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox