Azedu.az

Əvvəlki ilin məzunlarına buraxılış vərəqəsilə bağlı vacib XƏBƏRDARLIQ-DİM

Məktəblər

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

6 Aprel 2021, 10:31
Əvvəlki ilin məzunlarına buraxılış vərəqəsilə bağlı vacib XƏBƏRDARLIQ-DİM

Məlum olduğu kimi, aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən,Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində, aprelin 16-da isə Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcəkdir. Buraxılış imtahanında iştirak edəcək şagirdlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, aprel ayı ərzində keçiriləcək buraxılış imtahanları 11-ci sinif şagirdləri üçündür. Əvvəlki illərin məzunları üçün imtahan may ayında keçiriləcək. Konkret tarixlər barədə məlumat veriləcək.

 

Əvvəlki illərin məzunlarından iş nömrəsi tələb olunmur. Siz buraxılış vərəqəsini çap edərkən şəxsi kabinetinizin istifadəçi adı və parolundan istifadə edəcəksiniz.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox