Müəllimlər bəlkə də öz iş təcrübələrində son 4 ayda ən qəribə və çətin anlarını yaşamalı olublar. Siniflərdə qarşılaşdıqları problemləri asanlıqla həll etməyə çalışan təhsilverənlər koronavirusun başlaması ilə bir çox çətinliklərlə üzləşdilər.
Ən başlıca problem isə təbii ki, məktəblərin bağlanması və distant təhsilə keçid idi. Çünki müəllimlərin çoxunun onlayn təhsil yönündə təcrübələri olmayıb.
AzEdu.az xəbər verir ki, dərsləri internet üzərindən tədris etməklə əksər müəllimlər öz fəaliyyətlərində bir ilki yaşadılar. Bu səbəbdən təhsilverənlər siniflərdə necə dərs keçirdilərsə, onlayn şəkildə də o cür davam etməyə çalışdılar. Ancaq bu üsul eyni nəticəni vermədi. Çünki bəzi uşaqlar tapşırıqları vaxtında yerinə yetirə bilmədilər, bəzilərinin isə həm internetə qoşulma, həm də kompüterlə bağlı problemləri oldu.
Həmçinin, distant təhsil müəllimlərin iş rejimlərinin də dəyişməsinə səbəb oldu. Çünki işə həftənin və günün başında başlayan müəllimlər vaxtla çalışırdılar, uşaqların tapşırıqları həll etməsi üçün müəyyən bir zaman limiti qoyulurdu. Sinif şəraitində şagirdlərin jest və mimikalarından onların hansı siqnalları verdiyini həmən anlamaq mümkün idi. Ancaq uzaqdan təhsil ilə bütün bunları davam etdirmək olduqca çətinləşdi.
“Education Endowment Foundation”ın araşdırmasına görə, ənənəvi təhsil hazır vəsaitlərlə keçirilən dərslərdən heç də fərqlənmir. Ən vacib məsələ materialların keyfiyyətidir. Belə ki, müəllimlər öz üsullarını dəyişdirməklə, məsələn, dərslərə təqdimatlar, videokliplər əlavə edərək tədris prosesini inkişaf etdirə və şagirdlərin daha yaxşı nəticə əldə etməsinə şərait yarada bilərlər.
Həmçinin, təhsilverənlər onlayn dərslər zamanı zəif nöqtələri üzə çıxartmalı və bu çatışmazlıqları aradan qaldırmağa çalışmalıdırlar. Çünki hazırkı durumun nə vaxta kimi davam edəcəyi qeyri-müəyyəndir.
Bu səbəbdən müəllimlərə onlayn dərsləri daha səmərəli və effektiv etmələri üçün aşağıdakı 5 vacib üsulu təqdim edirik:
2. Onlayn təhsil zamanı yenilikçi olun, bu, vacib şərtdir. Dərslərin daha yaxşı izahı üçün diaqramlardan, videokliplərdən istifadə edin, səsinizi yazın;