Azedu.az

Daha 2 məktəb koronavirusa görə bağlandı

17 Mart 2021, 15:31
Daha 2 məktəb koronavirusa görə bağlandı

Gəncə iki orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə APA-ya Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.

 

Onun sözlərinə görə, Gəncə şəhər 30 saylı tam orta məktəbdə 1 şagirdin, şəhər 13 nömrəli tam orta məktəbdə isə 1 müəllim və 1 şagirdin COVİD-19-a yoluxmaları təsdiq olunub. Bu səbəbdən də hər iki məktəbdə dərslərin distant formada keçirilməsinə qərar verilib.

 

Anar Qədiməliyev həmçinin qeyd edib ki, şəhərdə 47 min şagirdən 9 nəfərində, 5500 dən artıq pedaqoji heyətin 11 nəfərində koronavirus pandemiyası aşkar olunub.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox