Nazirlər Kabinetinin 2020-ci il 10 İyul tarixli 250 nömrəli Qərarına əsasən 12 orta ixtisas təhsili müəssisəsi çevrilmə və yenidən təşkil yolu ilə publik hüquqi şəxs statusu alıb.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında məlumat verilib.
İl ərzində orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması tədbirləri davam etdirilib.
Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli qərarları ilə isə orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında tələbə qəbulu Qaydalarında dəyişiklik edilib.