Azedu.az

Məzunların attestat qiymətləri açıqlandı - BURADAN ÖYRƏNİN

Məktəblər

Bakalavr və sınaq imtahanları

4 İyul 2018, 17:05
Məzunların attestat qiymətləri açıqlandı - BURADAN ÖYRƏNİN

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 iyun 2018-ci il tarixində Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu imtahanlarda iştirak edən 62916 şagirdin və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş 723 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib.

Qeyd edilən məzunların bitirdiyi ümumtəhsil müəsisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Yekun qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox