Belçikanın paytaxtı Brüsseldəki bəzi məktəblərdə şagirdlərə meditasiya dərslərinin verilməsinə başlanıb.
AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, bu dərslər uşaqların imtahan stressini azaltmaqla bərabər, dərslərdəki müvəffəqiyyətini də artırır.
Meditasiya tətbiq olunan məktəblərdə bu, ilk dərs olur. Günə bu proqramla başlamaq onların digər fənlərdə də müvəffəqiyyətini artırır. Dərslər həftədə iki dəfə, çərşənbə və cümə günləri keçirilir. Meditasiyanın müddəti isə 15 dəqiqədir. Dərslərdə iştirak edən şagirdlər imtahan həyəcanlarının azaldığını, diqqətlərini daha yaxşı toplaya bildiklərini deyiblər.
Meditasiya dərslərinin şagirdlərin motivasiyasını yüksəltdiyi bildirilir.
Meditasiya Dərnəyinin başçısı Kandis Marro bildirib ki, bu dərslərin ilk dəfə fərqli irqlərə məxsus uşaqların çox olduğu, sosial problemlər, şiddətin çox müşahidə olunduğu məktəblərdə keçirilməsi planlaşdırılıb, sonralar isə geniş yayılmağa başlayıb:
“Hətta bəzi müəllimlər meditasiyanın günlük tədris proqramına daxil olmasını istəyirlər”.