Təhsil nazirinin müşaviri Elnur Nəsibov Lənkəranda kənd məktəbinin açılışında iştirak edib.
AzEdu.az xəbər verir, Elnur Nəsibov bunu məlumatı sosial şəbəkə hesabında paylaşıb:
Nazir müşaviri açılışdan sonra kəndin Vətən müharibəsində verdiyin şəhidlərin də qəbrini ziyarət edib:
“Lənkəranın Gərgiran kənd tam orta məktəbinin açılışını etdik. Ucqar dağ kəndində yerləşən bu məktəb orada yaşayan balalar üçün hələ uzun illər xidmət göstərəcəkdir. Məktəbin müəllim və şagirdləri ilə tanışlıqdan sonra kəndin Vətən müharibəsində verdiyi şəhidlərin də qəbrini ziyarət etdik.Bir zamanlar məktəbdə dərs demiş "təhsilin ulduzu" olmuş Həbib müəllimlə də görüşdük. Onun da əməyi çox olub bu məktəbdə.”