Azedu.az

Göyçayda 764 şagird yerlik məktəb əsaslı təmir olunub  

13 Fevral 2021, 10:29
Göyçayda 764 şagird yerlik məktəb əsaslı təmir olunub  

Fevralın 12-də Göyçay rayonu Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, açılış mərasimində nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Göyçay rayon icra başçısının müavini Zivər Zeynalova, Göyçay Rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcəliyev və məktəb direktoru iştirak edib.

Qeyd edilib ki, əsaslı təmir olunmuş məktəb 764 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri də fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.

Ukraynanın Kursk əməliyyatı - Ruslar darmadağın edildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox