2021-ci ilin 10-13 fevralından direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılacaq.
AzEdu.az xəbər verir ki, 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq imkanı veriləcək.
Elektron ərizəsi qəbul edilən namizədlərə yenidən vakansiya seçimi etmək imkanı yaradılacaq.
Müsabiqədə 600-dən çox vakant direktor vəzifəsi elan edilib.
Həmçinin, fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək.