Məlum olduğu kimi həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblərdə yeni pedaqoji fəaliyyətə başlayan müəllimlərin artıq müsahibəsi keçirilib.
Müsahibə mərhələsində uğur qazanan namizədləri maraqlandıran məsələlərdən biri də H1, H2-nin nə vaxt veriləcəyidir?
Azedu.az xəbər verir ki, İnsan Resurslarından verilən məlumata görə, bu məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Daimi əsaslarla rayon mərkəzlərindən uzaqda işləyən müəllimlərə H1(60 manat), H2(160) manat verilirdi. Ötən gün Baş Nazirin verdiyi qərara görə 60 manat 90 manata qaldırılıb.
Qeyd edək ki, bu il pandemiya səbəbindən müsahibə mərhələsi gecikdiyinə görə yanvar ayına qədər müəllimlər müvvəqqəti əsaslarla məktəblərdə çalışıb.