Azedu.az

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların tamamlanması prosesi sabah yekunlaşacaq

Məktəblər

Elm və Təhsil Nazirliyi

12 Yanvar 2021, 17:08
Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların tamamlanması prosesi sabah yekunlaşacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, portalda mövcud sorğuların tamamlanması prosesi sabah saat 18:00-da yekunlaşacaq. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Xatırladaq ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox