Əsl müəllim şagirdinə yalnız bilik verən deyil, ona düzgün dəyərləri aşılayandır, səhvlərinə görə cəzalandıran deyil, səhvlərindən dərs çıxarmağı öyrədəndir, tələbəsini həyata bağlayan biridir. Kinematoqrafiyada da bu şərəfli peşənin məsuliyyətindən, onun ağırlığından bəhs edən filmlər kifayət qədərdir.
Bu cür filmlərdə əsasən rastlaşdığımız ümumi hal, filmin baş rolundakı müəllimin öz düşüncələri, davranışları ilə, pedaqoji metodlarla tələbələr üçün ilham mənbəyi olması, onlarda həyat eşqini yüksəltməsi və gələcək karyera seçimlərində önəmli rol oynamasıdır.
Bu peşəni seçən insanların mütləq izləməli olduğu, mövzunun əsasən tələbə-müəllim münasibəti, təhsil sisteminin vəziyyəti, təhsilin insana qatdığı dəyərlər haqqında olan, müəllimlik edən insanların bəzi hallarda şəxsi həyatlarında üzləşdikləri problemlərdən bəhs edən ən yaxşı filmləri təqdim edirik.
Qeyd edək ki, “Filmistan” tərtib edib.