Azedu.az

Növbəti həftədən “Virtual məktəb saatı” adlı canlı yayımlara start verilir  

Məktəblər

Elm və Təhsil Nazirliyi

9 Yanvar 2021, 14:13
Növbəti həftədən “Virtual məktəb saatı” adlı canlı yayımlara start verilir  

Növbəti həftədən etibarən “Virtual məktəb saatı” adlı canlı yayımlara start verilir.

 

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AzEdu.az-a verilən məlumata görə, görüşlərdə onlayn dərslərdə istifadə olunan interaktiv metodlar, müəllim və şagirdlərin uğur hekayələri, həmçinin “Virtual məktəb” üzrə aktual mövzular müzakirə olunacaq.

 

Xatırladaq ki, pandemiya ilə əlaqədar olaraq 2020-ci il aprelin 2-dən etibarən ölkədə ən iri milli onlayn platforma olan "Virtual məktəb”də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox