Azedu.az

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Məktəblər

Elm və Təhsil Nazirliyi

30 Dekabr 2020, 17:56
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

8 yanvar  2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

 

Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

 

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox