Azedu.az

“Rəqəmsal Zəka” layihəsi çərçivəsində onlayn təlimlər keçirilib - FOTO

19 Dekabr 2020, 16:33
“Rəqəmsal Zəka” layihəsi çərçivəsində onlayn təlimlər keçirilib - FOTO

Bütün dünyanı cənginə almış korona virusu uşaqlara həm bioloji, həm də psixoloji mənfi təsir göstərməkdədir. Məktəblərin bağlanması, distant təhsilə keçilməsi və xüsusi karantin rejiminin elan olunması şagirdlərin sosial şəbəkələrdə aktivliklərini daha da artırır.

 

AzEdu.az xəbər verir ki, zehni və fiziki sağlamlıq baxımından rəqəmsal zəkaya nail olmaq uşaqların yeni texnologiyalardan daha təsirli və daha savadlı istifadə etmələri üçün çox vacibdir. Rəqəmsal vətəndaşlıq və yaradıcılıq istiqamətləri üzrə əldə edilən texnologiya bilikləri ilə şagirdlər sərbəst olaraq yeni-yeni ideyalar fikirləşə, işləyib hazırlaya, redaktə edə, tətbiqetmə ilə bağlı işləri həyata keçirə bilərlər. Rəqəmsal zəka şagirdlərdə rəqəmsal həyatın imkanlarından istifadə etmələrini təmin edən texniki, idraki və sosial-emosional bilik, bacarıq və dəyərlərin məcmusudur. Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində qalib olan “Rəqəmsal Zəka” layihəsinin məqsədi Göygöl rayon mərkəzində yerləşən məktəblərdə təhsil alan şagirdlərə rəqəmsal vətəndaşlıq və rəqəmsal yaradıcılıq bilik və bacarıqlarını aşılayaraq sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsinə nail olmaqdır.

 

“Rəqəmsal Zəka” layihəsi çərçivəsində keçirilən onlayn təlimlərdə şagirdlərə:

 

I Rəqəmsal vətəndaşlıq istiqaməti üzrə;

- rəqəmsal şəxsiyyət,
- rəqəmsal istifadə,
- rəqəmsal empatiya,
- rəqəmsal mənəvi zəka,
- rəqəmsal rabitə bilik, bacarıq, münasibət və dəyərləri aşılanması.
II Rəqəmsal yaradıcılıq istiqaməti üzrə;
- rəqəmsal savadlılıqda proqramlaşdırma və tətbiqetmə,
- zehni məhsulların vizual şəkildə təqdim olunması,
- texnoloji vasitələrlə sosial öyrənmə,
- məxfiçilik idarəçiliyi
- kiber təhlükəsizlik idarəetməsi bilik, bacarıq, münasibət və dəyərləri aşılanmışdır. Həmçinin, təlimçi və iştirakçı şagirdlər layihənin məzmununa uyğun veb səhifə hazırlayaraq onun xüsusi domen adı ilə veb resursa yerləşdirilməsini həyata keçirmişdirlər.Bununla da görülən işlər və inkişaf etdirilən veb proqramlaşdırma bacarıqları ilə bütün internet istifadəçilərinin tanış olması imkanı yaradılmışdır.

 

Beləliklə, layihə nəticəsində təlimlərdən aldıqları rəqəmsal bilik və bacarıqlardan istifadə edən şagirdlər bu layihədən sonra maraqlı və faydalı həm şəxsi, həm də məktəblərinə aid təhsil və inkişafyönümlü veb-saytlar yarada və istifadə edə biləcək, həvəs və maraq göstərən məktəb şagirdlərini də cəlb edəcək, vətənpərvərlik, maarifləndirmə, milli-mənəvi dəyərləri, mədəniyyətimizi və tariximizi aşılayan mövzuların təbliğatını həyata keçirə biləcək, rəqəmsal vətəndaşlıq və rəqəmsal yaradıcılığın faydalarından bəhrələnərək həyatlarının bütün mərhələlərində uğurlu nəticələr əldə edə biləcəklər.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox