Azedu.az

Rusiyada məktəbdə öskürən şagird sinifdən partasıyla birgə çıxarılıb

19 Dekabr 2020, 13:45
Rusiyada məktəbdə öskürən şagird sinifdən partasıyla birgə çıxarılıb

Rusiyanın Kareliya Respublikasında şagird dərs zamanı öskürdüyü üçün məktəb rəhbərliyi onu partası ilə birlikdə sinifdən çıxarıb.

AzEdu.az xəbər verir ki, bu barədə şagirdin valideyni "VKontakte" sosial şəbəkəsindəki "Petrozavodsk və Kareliya Valideynləri" ictimai qrupunda məlumat yayıb.

 

O, dəlil olaraq oğlunun sinifdən çıxarıldıqdan sonra çəkdirdiyi fotoları səsyazmaya əlavə edib.

Qadın məsələnin sonlandığını və "mübahisənin faydasız olduğunu" söyləyərək məktəbin nömrəsini qeyd etməyib və uşağı başqa bir məktəbə köçürdüyünü bildirib.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox