Azedu.az

"Dərs vaxtı" proqramının sabahkı yayım vaxtında dəyişiklik edildi

Məktəblər

Elm və Təhsil Nazirliyi

13 Dekabr 2020, 14:16

"Dərs vaxtı" izləyicilərinin nəzərinə! Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib.

 

Bu barədə AzEdu.az-aTəhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq. "Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində (//www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq. Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (//www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (//video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox