Azedu.az

Bütün evlər sinif otağına çevrilməlidir-Ekspertdən VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

8 Dekabr 2020, 10:31
Bütün evlər sinif otağına çevrilməlidir-Ekspertdən VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Koronavirusa yoluxanların sayı artdıqca məktəblər də distant təhsilə davam edəcək. Anadolu universitetinin məktəbəqədər təhsil şöbəsinin ana dili rəhbəri prof. Sərab Ərdoğan “Evi məktəb kimi istifadə etməliyik. Hər ev məktəbə çevrilə bilər” deyərək valideynlərə evdə təhsilin üsullarını izah etdi.

 

Elektrikin kəsilməsi kimi...

 

Bu il məktəblər evə gəldi. Bu səbəbdən evi bir növ məktəb kimi istifadə etmək məcburiyyətindəyik. Övladınızla vaxt keçirəcəyiniz bir neçə saat planlayın. Bizim uşaqlığımızda bunu elektrik kəsilməsi kimi düşünün. Bu vaxtda daha çox söhbət edər, bir-birimizi dinləyərdik.

 

Uşaqla uşaq olun...

 

Ailə üzvlərinə deyirəm ki, uşaqlığınıza qayıdın. Uşaqla uşaq olun. Öz balacalığınızı xəyal edin. Övladınızın təhsili ilə bağlı davamlı müəllimlərlə danışmalısınız. Uşağınızın texnologiyanı düzgün istifadə etdiyinə nəzarət edib, onlayn olduğu zamanlar üçün limit qoymalısınız.

 

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox