Bu il dünyanın əsas qlobal problemi COVİD-19 pandemiyasıdır.
Əksər ölkələrdə olduğu kimi ölkəmizdə də təhsil mart ayından etibarən distant formaya keçib. Sentyabrdan hibrid təhsilə keçilsə də, yoluxmada olan kəskin artım yenidən onlayn təhsilə üz tutmaya səbəb oldu.
Onlayn dərslər insanların texnologiyaya daha çox bağlasa da, uzun müddət kompüter və telefon qarşısında olmaq şagird və tələbələrin zehni, eləcə də psixoloji yorulmasına səbəb olur.
Buna görə də müəllimlər dərslərin yeknəsəkiyini aradan qaldırmaq üçün müəyyən vasitələrdən istifadə etməlidilər.
AzEdu.az həmin vasitələri təqdim edir:
Dərsləri hissələrə bölərək tədris etməyə çalışın
Onlayn dərsdə uzun müdddət iştirak şagirdlərin diqqətinin yayınmasına gətirib çıxarır.
Ona görə də dərsləri hissələrə bölmək və həmin aralıqlarda istirahət etmək tövsiyə edilir.
Nəticədə virtual dərsdə tədris edilən predmeti daha yaxşı mənimsəmək mümkün olacaq.
Dərs danışan şəxslərə öncədən xəbərdarlıq edin
Dərs əsnasında pərakəndəlik böyük xaos yarada bilər. Xüsusəsn də onlayn ortamda bu heç xoşagələn hal deyil. Ona görə də müəllimlər əvvəlcədən kimin nə zaman dərs danışacağını öncədən deməlidir. Belə olduqda şagirdlər məsuliyyətli davranıb, pərakəndəliyə yol verməyəcəklər.
Dərsləri maraqlı etmək üçün onlayn oyunlardan yararlanın
Onlayn platformada sual-cavab təşkil etmək üçün maraqlı və rəngarəng formatlar mövcuddur. Bunlar həm sualların daha yaddaqalan olmasına, həm də dərsin maraqlı keçməsinə səbəb ola bilər. Bundan əlavə “Zoom” və “Micrasoft Teams”ın texniki əyləndirici imkanlarından yararlanmaq olar. Bu, vaxtın daha səmərəli keçməsinə şərait yaradacaqdır. Həmçinin, slaydlardan yararlanmaq də böyük əhəmiyyətə malikdir.
Yalnız onlayn dərslə kifayətlənməyin
Bəzən müəllimlər yalnız onlayn dərslə kifayətlənir və şagirdlərin dərsdənkənar məşğuliyyətlərini unudurlar. Ona görə də təhsil işçiləri şagirdlərlə daima ünsiyyətdə omalı, onların vaxtının daha səmərəli keçməsi üçün tədbirlər təşkil etməlidir. Şagirdlərin inkişafı üçün müxtəlif film və kitab tövsiyələri vermək, yaxud da, onlayn ekskursiyalar təşkil etmək mümkündür.
Onlayn və ənənəvi olmasından asılı olmayaraq hər bir dərs müəllimin şəxsi təxəyyülünün məhsuludur.