Azedu.az

Uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq

Məktəblər

28 Noyabr 2020, 13:20
Uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq

2021–2023-cü illərdə uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq.

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

İşin icrası Təhsil Nazirliyinə tapşırılıb.

Fəaliyyət Planına əsasən, 2021–2023-cü illərdə məktəbəqədər yaş dövründə intellektual inkişaf üçün şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişafı sahəsində tələblərin hazırlanması da nəzərdə tutulur. Təhsil Nazirliyi bu işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyat keçirəcək.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox