Azedu.az

Koronavirus səbəbindən Gürcüstanda təhsillə bağlı yeni qərar verildi

Məktəblər

Maraqlı

25 Noyabr 2020, 17:35
Koronavirus səbəbindən Gürcüstanda təhsillə bağlı yeni qərar verildi

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar təhsillə bağlı yeni qərar qəbul olunub. Ölkənin böyük şəhərlərində olan məktəblərin təhsil prosesi 2020-2021 tədris ilinin birinci semestrinin sonuna qədər məsafədən (online) keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, ölkədəki epidemioloji vəziyyəti sabitləşdirmək və böyük şəhərlərdə hərəkətliliyi azaltmaq üçün, Qurumlararası Koordinasiya Şurası Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Telavi, Zestafoni, Qori, Qardabani, Poti və Marneuli şəhərlərində təhsil prosesinin 2020-2021-ci tədris ilinin birinci semestrinin sonuna qədər məsafədən (online) davam etməsin məqsədə uyğun hesab olunub.

 

Bu qərar dövlət məktəbləri ilə yanaşı özəl məktəblərə də şamil olunacaq.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox